Artilleriya qurğularından praktiki atışlar keçirildi - VİDEO

 Artilleriya qurğularından praktiki atışlar keçirildi -  VİDEO
  24 Dekabr 2018    Oxunub:2842
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan ordusunun artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.











Azvision.az


Teqlər:





Xəbər lenti