Lənkəranda tank əleyhinə mina tapılıb

Lənkəranda tank əleyhinə mina tapılıb
  25 Dekabr 2018    Oxunub:1693
Lənkəran rayonunda tank əleyhinə mina aşkar edilib.
Bu barədə Azvision.az -a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, dekabrın 24-ü saat 11:42-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində minanın tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub regional şöbəsinin Liman sahil nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub regional şöbəsinin Liman sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (TM-62P3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim minasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA  





Xəbər lenti