“28 May” stansiyasının girişi niyə bağlandı? - Açıqlama

 “28 May” stansiyasının girişi niyə bağlandı? -  Açıqlama
  25 Dekabr 2018    Oxunub:2671
Bu gün axşam saatlarında metronun "28 May" stansiyasında sıxlıq müşahidə edilib. Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə stansiyanın əsas girişi müvəqqəti bağlanıb.
Azvision.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib.

Bildirib ki, metroda pik saatda sıxlıq yaranıb, qaydalara uyğun olaraq stansiyanın əsas girişi saat 19:00-da 5 dəqiqəlik bağlanıb.

"Sərnişin sıxlığı aradan qaldırıldıqdan sonra stansiyaya girişə icazə verilib. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur".

Azvision.az



Teqlər: Metro  





Xəbər lenti