543 idmançı dopinq-testdən keçirilib

 543 idmançı dopinq-testdən keçirilib
  25 Dekabr 2018    Oxunub:2832
"2018-ci ildə AMADA tərəfindən keçirilən test sayı artırılıb. Keçən il 402, bu il isə 817 test keçirmişik, artıq 44 bioloji pasport verilib"
Azvision.az xəbər verir ki, bunu Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli 2018-ci il üzrə illik hesabatın təqdimatında deyib.

O bildirib ki, beynəlxalq sifarişlər ötən ilə nisbətən az olub: "Bu il 162 min missiya keçirilib, 543 idmançı yoxlanılıb. Güləş, futbol, velosiped, boksda daha çox test keçirilib".

Ş.Hüseynli qeyd edib ki, 35 antidopinq qayda pozuntusu aşkar edilib. Bu pozuntularla yanaşı, idmançıların məkan məlumat pozuntuları da mövcuddur. Bundan əlavə, antidopinq pozuntularından 25 faizi azyaşlı idmançılarda aşkarlaşın. Bu ciddi rəqəmdir, həll yolları tapılmalıdır".

Aytən Zəhra
Azvision.az



Teqlər: AMADA  





Xəbər lenti