AQTA idman qidalarını yoxlayacaq

AQTA idman qidalarını yoxlayacaq
  25 Dekabr 2018    Oxunub:1542
"İdman qidaları idmançılar üçün təhlükə yarada bilər. Biz onları yoxlamaq üçün Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığa başlayacağıq"
Azvision.az xəbər verir ki, bunu Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli 2018-ci il üzrə illik hesabatın təqdimatında deyib. O bildirib ki, yoxlamalardan sonra neçə faiz qidanın tərkibində dopinq olduğu bəlli olacaq.

Ş.Hüseynlinin sözlərinə görə, hələlik federasiyalara sanksiya tətbiq edilməyib: "Bir çox federasiyalar buna qeyri-ciddi yanaşırlar. İki ilə qədər sanksiya ola bilər. Təəssüf ki, Antidopinq agentliyini bir çox idmançı və federasiyalar neqativ formada qəbul edirlər. İdmançı əgər özü dopinqdən istifadə etdiyini testdən öncə etiraf etsə, ona tətbiq edilən sanksiya azaldıla bilər".

Aytən Zəhra
Azvision.az



Teqlər: AQTA   AMADA  





Xəbər lenti