“ASAN xidmət”ə 26 milyonuncu müraciət - FOTOLAR

   “ASAN xidmət”ə 26 milyonuncu müraciət -    FOTOLAR
  25 Dekabr 2018    Oxunub:4634
“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
“ASAN xidmət”dən Azvision.az -a verilən xəbərə görə, bu müraciət Şəki “ASAN xidmət” mərkəzinə Nadir Paşayev tərəfindən edilib.



O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətindən yararlanıb. 26 milyonuncu müraciətin sahibi kimi Nadir Paşayev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.



Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Azvision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti