Azərbaycanda 75 nəfərdə virus aşkar edilib

  Azərbaycanda 75 nəfərdə virus aşkar edilib
  25 Dekabr 2018    Oxunub:3509
Azərbaycanda virusa qarşı lazimi tədbirlər həyata keçirilir.

Bu barədə Azvision.az -a Respublika Taun Əleyhinə Stansiyanın Epidemioloji tədqiqatlar şöbəsinin müdiri Kamran Əfəndiyev məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin respublika sərhəd-keçid məntəqələrinin hər birində nümayəndələri var.
Şöbə müdiri, həmçinin qeyd edib ki, bu il Azərbaycanda 75 nəfərdə qrip virusu aşkar olunub: “Lazımi tədbirlər görülür. Hazırda qrip virusu ilə bağlı respublika üzrə stasionarlar, Bakı şəhərinin poliklinikalarından viruslu xəstələrin nümunələri bizə göndərilir. Bu il ərzində göndərilən 842 nümunə müayinədən keçirilib, bunların 75-i müsbət nəticə verib. Müsbət nəticə verənlər əsasən qripin B ştampı üzrədir. Bu da insandan-insana keçən qrip virusudur, yəni hər birimizin xəstələndiyimiz virusdur”.

K.Əfəndiyev insanları xəstələnməmək üçün diqqətli olmağa, gigiyenik qaydalara əməl etməyə çağırıb: “Bu, qrip hava-damçı infeksiyasıdır. Yaxşı olar ki, gigiyenik qaydalara riayyət etsinlər və maskalardan istifadə etsinlər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Virus  





Xəbər lenti