Oqtay Əsədov Ruhani ilə görüşüb - FOTO

  25 Dekabr 2018    Oxunub : 1360
 Oqtay Əsədov Ruhani ilə görüşüb - FOTO
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.
Dekabrın 25-də nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb. Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb. Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.



Qeyd edilib ki, İran ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: Oqtay-Əsədov   Ruhani   İran