Prezidentə ad günü təbrikləri gəlməkdə davam edir

  25 Dekabr 2018    Oxunub : 1078
Prezidentə ad günü təbrikləri gəlməkdə davam edir
Ukraynanın sabiq (1994-2005-ci illər) Prezidenti Leonid Kuçma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Əziz İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz ən yüksək qiymətə layiqdir. Siz öz işinizdə yalnız müstəqil Azərbaycanın mənafelərini əsas götürürsünüz. Siz dövlətçiliyi möhkəmləndirir, ölkənizdə iqtisadi artım üzərində çalışır, innovasiyalı inkişafı təmin edirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan regionda sabitliyə və sülhün möhkəmlənməsinə sanballı töhfə verir.

Ukrayna ilə Azərbaycan arasında çoxillik dostluğa və münasibətlərin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfəyə görə Sizə təşəkkür edirəm. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayıram”.

Eyni zamanda Kazan şəhərindən “Adalat Farm” MMC-nin baş direktoru Yaqub Zeynalov, Mahaçqala şəhəri Azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri, Dağıstan Respublikasının rəhbəri yanında millətlərarası münasibətlər şurasının üzvü Rakif Əzizov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç, Monteneqronun Prezidenti Milo Cukanoviç, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller, Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov, TAR-TASS-ın baş direktoru Sergey Mixaylov, İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlax, Rusiya Federasiyası Prezidentinin müşaviri, RF Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov da ölkə başçısına ad günü təbriki məktubu ünvanlayıb.

Azvision.az

Teqlər: İlham-Əliyev