Axşam Qaradağın 9 qəsəbəsində su olmayacaq

Axşam Qaradağın 9 qəsəbəsində su olmayacaq
  25 Dekabr 2018    Oxunub:1912
Bakının Qaradağ rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumatda deyilir ki, Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən 24 saat ərzində Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrində su olmayacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Azvision.az



Teqlər: Azərsu  





Xəbər lenti