İki marşrut xətti üzrə avtobuslar yeniləndi - FOTO

   İki marşrut xətti üzrə avtobuslar yeniləndi -    FOTO
  26 Dekabr 2018    Oxunub:2885
Paytaxtda daha 2 marşrut xətti üzrə avtobuslar yenilənib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.



Onun sözlərinə görə, bu gün səhər saatlarından 64 ("Neftçilər" metrostansiyası-Yeni Günəşli) və 81 (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.



BNA rəsmisi qeyd edib ki, qarşıdakı aylarda digər xüsusəndə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq.







Azvision.az


Teqlər: Avtobus   Bakı  





Xəbər lenti