İlham Əliyev: “Biz onları satmalı, pul qazanmalıyıq”

  26 Dekabr 2018    Oxunub : 4760
 İlham Əliyev: “Biz onları satmalı, pul qazanmalıyıq”
"Enerji layihələrinin icrası baxımından biz heç bir maneə hiss etmirik"
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

“Bizim enerji layihələrimizin inkişafı baxımından heç vaxt belə təzyiq hiss etməmişik. Mən hətta deyərdim, əksinə, Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyini müəyyən dərəcədə təmin edəcəyinə görə biz Avropa İttifaqı tərəfindən dəstək hiss etmişik. Hər il Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması üzrə Məşvərət Şurası keçirilir. Bu layihədə Avropa İttifaqının üzvü olan bir neçə ölkə iştirak etdiyinə görə Avropa İttifaqı bu Məşvərət Şurası çərçivəsində hər zaman yüksək səviyyədə təmsil olunur. Biz öz enerji layihələrimizi reallaşdırırıq, çünki onlar bizə lazımdır. Çünki biz çox zəngin neft-qaz ehtiyatlarına malik ölkəyik. Biz onları satmalı, pul qazanmalıyıq. Buna görə də biz investor şirkətlər cəlb etmişik. Buna görə biz bankları cəlb etmişik. Neft-qaz kəmərləri tikirik. Təkcə Cənub Qaz Dəhlizi təxminən 40 milyard dollara başa gəlir. Bu investisiyaların böyük hissəsi borc kapitallarıdır. Buna görə əlbəttə ki, beynəlxalq maliyyə təsisatları ilə fəal əməkdaşlıq həmin layihənin mühüm amili idi”, - deyə dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti qeyd edib: “Buna görə də həmin kontekstdə enerji layihələrinin icrası baxımından biz heç bir maneə hiss etmirik. Digər tərəfdən, tamamilə haqlısınız ki, Azərbaycanın əhəmiyyəti və rolu təkcə enerji bazarında deyil, həm də bütövlükdə geosiyasi planda artır. Ölkə daha da inkişaf edir və regionda özünü təsdiqləmək üçün daha çox planları var. Bizim inkişafa, apardığımız müstəqil siyasətə mütənasib olaraq bizə təzyiq də artır. Ancaq bu, enerji amilləri ilə əlaqədar deyil. Bu, bəzən bizi xalqımıza və ölkəmizə tamamilə yad olan hansısa avantüralara cəlb etmək cəhdləri ilə bağlıdır”.

Azvision.az

Teqlər: