Bayram günü metro gecə 2-yə kimi işləyəcək

 Bayram günü metro gecə 2-yə kimi işləyəcək
  26 Dekabr 2018    Oxunub:2427
Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.
"Bakı Metropoliteni" QSC-dən Azvision.az -a verilən məlumata görə, şəhərin məkrəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq.

Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31- dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı metropoliteninə giriş açıq olacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bakı   Metro  





Xəbər lenti