“Gürcüstanda qiymətlər Azərbaycanla eynidir”- Turizm Agentliyinin rəsmisi

   “Gürcüstanda qiymətlər Azərbaycanla eynidir”-    Turizm Agentliyinin rəsmisi
  26 Dekabr 2018    Oxunub:2781
"Gürcüstanda turizm xidmətlərinin qiymətləri Azərbaycanla eynidir. Lakin azərbaycanlılar Gürcüstanda az xidmət göstərən obyektləri, az ulduzlu otelləri Azərbaycanda çox xidmət göstərən otellərlə müqayisə edirlər. Məsələn,Gürcüstanda "Şahdağ" səviyyəsində xidmət göstərən kompleks yoxdur".
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, turizm sahəsində sağlam rəqabət mühitinin yaradılması əsas məqsəddir.

"Bazar tələblərinə uyğun rəqabət formalaşmasını istəyirik. Özəl sektora tövsiyyə edirik ki, xidmət yaradanda investisiyanı bir mövsümdə geri qaytarmağa çalışmasınlar, bu sərmayələr uzun müddətli olmalıdır".

K.Quluzadə qeyd edib ki, Azərbaycanda turizm sənayesi yeni formalaşmağa başlayır. "Azərbaycanda bahalı turizm infrastukturu yaradılıb. Orta və az büdcəli turizmin yaradılması nəzərdə tutulur ki, yerli və xarici turistlər öz büdcələrinə uyğun istirahət edə bilsinlər. Tələb ondan ibarətdir ki, çeşidin və xidmətlərin sayı az ola bilər, amma xidmətlərin səviyyəsi aşağı ola bilməz".

Aytən Zəhra
Azvision.az



Teqlər: Turizm  





Xəbər lenti