Bakıda yol polisinin maşını niyə yanıb? - Səbəb

Bakıda yol polisinin maşını niyə yanıb? -  Səbəb
  26 Dekabr 2018    Oxunub:3282
Xəbər verdiyimiz kimi, Bakıda Dövlət Yol Polisinə məxsus "BMW" markalı avtomobil yanıb. Hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında baş verib. Yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları odsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar. Avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı xərasət alan olmayıb.
Azvision.az -ın məlumatına görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ötən gün YPX avtomobilinin yanması çox ciddi siqnal olmalıdır. Onun sözlərinə görə, bu şəraitdə avtomobilin yanması böyük ehtimalla yalnız elektrik şəbəkəsindəki problemdən ola bilər.



"Bu isə o deməkdir ki, avtomobilin elektrik şəbəkəsinə naşı müdaxilə olub. Yollarda hərdən qarşımıza radiator barmaqlığı arxasında sayrışan işıq qoyulmuş patrul avtomobilləri çıxır. Bax, problem də budur. Həmin işıqlar standartda yoxdur. Onları zavodda qoymurlar. Sonradan qoyanda isə hansı naqil seçilir, birləşmələr necə olur, məlum deyil. Belə işin naşı icrası isə yolun ortasında avtomobilin alışmasına gətirib çıxara bilər. Yaxşı olar ki, bu hadisədən sonra bütün patrul avtomobilləri yoxlanılsın. Belə əlavələrin (işıqlar, səs siqnalı, adi işıq cihazlarına uyğun gəlməyən lampaların qoyulması və s.) hamısı aradan qaldırılsın. Avtomobillərdə yalnız standarta uyğun xüsusi işıq və səs siqnalları saxlanılsın" - deyə Ə.Hüseynov vurğulayıb.

Azvision.az


Teqlər: YPX   Avtomobil   Yanğın  





Xəbər lenti