Bakı metrosunda qatarda problem yaranıb

   Bakı metrosunda qatarda problem yaranıb
  27 Dekabr 2018    Oxunub:2386
Bu gün səhər saatlarında Bakı metrosunda qatarlardan birində problem yaranıb.

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a bildiirb ki, hadisə saat 08:05-də baş verib. Onun sözlərinə görə, "Memar Əcəmi" stansiyasında Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarın vaqonlarının birinin qapısında nasazlıq olub:
"Təlimata uyğun olaraq sərnişinlər qatardan boşaldılıb və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qatar   Metro  





Xəbər lenti