“Rus turistlər ərəblərdən daha çox pul xərcləyirlər” - “Şahdağ”ın yeni rəhbəri

   “Rus turistlər ərəblərdən daha çox pul xərcləyirlər” -    “Şahdağ”ın yeni rəhbəri
  27 Dekabr 2018    Oxunub:6366
"Mənim əsas işim "Şahdağ" Turizm Mərkəzini beynəlxalq standartlara uyğun turizm obyektinə çevirməkdir. Əminəm ki, bura gələn avropalı qonaqlarımız həm bu yerin gözəlliyindən, həm də xidmət səviyyəsindən razı qalacaqlar"
Bu barədə Azvision.az -a açıqlamasında "Şahdağ Turizm Mərkəzi" QSC-nin yeni sədri Rodderix Mark Leffer deyib. O bildirib ki, gələcək üçün "Şahdağ"a Bakıdan birbaşa nəqliyyatın açılması turistlər, xüsusilə avropalı qonaqların cəlbi üçün əhəmiyyətli ola bilər.

"Buna qatar yolunu misal göstərmək olar. Yollar təmir olunub, gəlmək rahatdır. Lakin insanların hava limanından bura birbaşa gəlməsi üçün nəqliyyat olsa, düşünürəm ki, turizm potensialı daha da genişlənər".

R.M. Leffer "Şahdağ" Turizm Mərkəzində hansı xarici ölkə turistlərinin daha çox pul xərclədiyini açıqlayıb. Onun sözlərinə görə, rusiyalı turistlər daha çox pul xərcləyirlər, nəinki ərəblər: "Bu, birmənalı belədir. Ərəb turistlər bir az planlı şəkildə hərəkət edirlər. Yəni onların çox pul xərcləməsi barədə səslənən fikirlər düzgün deyil".



QSC sədri qlobal istiləşmə dövründə təbiətlə dost münasibət qurmağa üstünlük verdiklərini söyləyib. O, həmçinin landşaft planlarından da danışıb.

"Biz təbiətlə dost münasibət qurmağa üstünlük veririk. Bütün tullantıların təkrar emalından tutmuş otaqlarda yandırılan istilik sistemləri, elektrik sərfiyyatı bizim üçün çox önəmlidir və bu işlərlə məşğuluq, üzərində işləyirik ki, sərfiyyatı azaldaq. Landşaft planımız var, üzümüzə gələn mövsümlərə daha çox meşə landşaftı yaratmaq niyyətindəyik".

Aytən Zəhra
Azvision.az



Teqlər: Şahdağ   Turizm  





Xəbər lenti