Bütün Rusiyanın patriarxı: “İlham Əliyev müdrik və istedadlı rəhbərdir”
Siz uzun illərdir ki, rəhbərlik etdiyiniz ölkənin firavanlığının və dinamik inkişafının qayğısına qalan müdrik və istedadlı rəhbər kimi Azərbaycan sakinlərinin rifahı naminə çalışırsınız.
Bakı Pravoslav Kilsəsinin və Bakı-Azərbaycan Yeparxiyasının fəaliyyətini dəstəklədiyinizə və onlara göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Ümidvaram ki, bizim əməkdaşlığımız bundan sonra da öz bəhrələrini verəcək, cəmiyyətdə ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına, Cənubi Qafqaz regionunda, dinlərarası və millətlərarası sülhün möhkəmlənməsinə şərait yaradacaq.
Sizə möhkəm cansağlığı, Tanrıdan kömək və Azərbaycan xalqına xidmət kimi məsul fəaliyyətinizdə uğurlar".
Azvision.az
Teqlər: İlham-Əliyev