İlahiyyat İnstitutunun Himayəçilər Şurası yaradılıb
Himayəçilər Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şuranın sədri seçilib.
Məlumat üçün bildiririk ki, Himayəçilər Şurasının səlahiyyətlərinə Azərbaycan İlahiyyat İnstitutunun strateji inkişaf proqramını təsdiq etmək; İnstitutun fəaliyyət istiqamətlərinə nəzarət etmək; elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə; fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrinin həyata keçirilməsinə; beynəlxalq əlaqələrinin qurulmasına; Aİİ məzunlarının işlə təmin olunmasına dəstək vermək kimi məsələlər daxildir.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.
Azvision.az
Teqlər: İlahiyyat-İnstitutu