Son 10 ildə ölkədə maşınların sayı 67,5 faiz artıb
Bildirilib ki, ölkədə köhnəlmiş və texniki təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrindən istifadə halları da çoxdur: “Bu isə təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrindən istifadənin məhdudlaşdırılması, yüksək təhlükəsizlik standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadəyə keçid üçün zəruri tədbirlər görülməsini şərtləndirir. Yol infrastrukturu da yol hərəkəti təhlükəsizliyinin əsas amillərindən biridir. Hərəkətin səmərəli təşkil edilməməsi insanların yola sərf etdiyi vaxtın artmasına, ətraf mühitin çirklənməsinə, qəza riskinin yüksəlməsinə səbəb olur. Buna görə də hərəkət şəraitinin yaxşılaşdırılması üçün küçə-yol şəbəkəsi inkişaf etdirilməli, hərəkətin təşkili və idarə edilməsi sahəsində müasir sistemlər və üsullar tətbiq olunmalıdır”.
Qeyd olunub ki, həyata keçirilən daşımaların nəqliyyat növləri arasında diversifikasiyasının zəif 3 olması, daşımaların çox hissəsinin avtomobil nəqliyyatının payına düşməsi də yol hərəkətinin təhlükəsizliyinə təsir edir: “Belə ki, 2017-ci ildə ölkə üzrə sərnişindaşımaların 88,2 faizi, yükdaşımaların isə 63,9 faizi avtomobil nəqliyyatı vasitəsilə yerinə yetirilib. Bu da yol-nəqliyyat hadisələrinin sayının, ətraf mühitə zərərli təsirin artmasına gətirib çıxarıb”.
Azvision.az