Bu il Naxçıvana 380 minə yaxın turist gəlib

Bu il Naxçıvana 380 minə yaxın turist gəlib
  28 Dekabr 2018    Oxunub:1671
Turizmin kompleks şəkildə və davamlı inkişafını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi muxtar respublikaya gələn turistlərin sayını ildən-ilə artırıb.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2018-ci ildə muxtar respublikanın sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzəsində deyib.

Ali Məclisin sədri bildirib ki, 2018-ci ilin ötən dövründə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 380 minə yaxın turist gəlib.

Məruzədə qeyd olunub ki, sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məşkunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərib, 1 dekabr 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı artaraq 455 mindən çox olub.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti