Naxçıvanda 2024 yeni iş yeri yaradılıb

Naxçıvanda 2024 yeni iş yeri yaradılıb
  28 Dekabr 2018    Oxunub:1737
Cari ilin ötən dövründə muxtar respublika üzrə 2024 yeni iş yeri yaradılıb ki, bunun da 98 faizi daimi iş yerləridir.
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2018-ci ildə muxtar respublikanın sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzəsində deyib.

Ali Məclisin sədri bildirib ki, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsində, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsində 2016-cı il yanvarın 11-də qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası da mühüm rol oynayıb.

V.Talıbov qeyd edib ki, 2018-ci ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 435 milyon 598 min ABŞ dolları təşkil edib. Ticarət əməliyyatlarının 88 faizi, yaxud 383 milyon 314 min ABŞ dolları ixracın payına düşüb.

Azvision.az



Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti