Ölkə yollarında süni işıqlar quraşdırılacaq

  Ölkə yollarında süni işıqlar quraşdırılacaq
  28 Dekabr 2018    Oxunub:3550
“2019-2023-cü illərdə Azərbaycanda sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin aydın görünməsi və qavranılması məqsədilə onların işıqlandırılan və ya işıqqaytarıcı olmasının təmin edilməsi ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulub”.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında qeyd olunub.

Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən əsas işlərin icraçısı Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində - Bakı Nəqliyyat Agentliyidir.

Bundan başqa dövlət proqramında avtomobil yollarının süni işıqlandırma sistemləri ilə təchiz edilməsi meyarlarının, süni işıqlandırmaya ehtiyac olan yollarda və ya yol sahələrində həmin işıqlandırma sistemlərinin növbəlilik üzrə quraşdırılacağı 20 yolların kateqoriyalarının müəyyən olunması və sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində avtomobil yollarının müasir standartlara cavab verən süni işıqlandırma sistemləri, qurğuları və vasitələri ilə, habelə yolların işıqlandırılmasında alternativ enerji mənbələrindən (günəş, külək və s. enerji batareyaları) istifadənin təmin edilməsi və onların daim yararlı vəziyyətdə saxlanılması üçün mütəmadi tədbirlər görülməsi ilə bağlı işlərin görülməsi nəzərdə tutulub.

Azvision.az


Teqlər: Yol   İşıqlandırma  





Xəbər lenti