Paytaxtda 13 məktəb əsaslı təmir edilib

Paytaxtda 13 məktəb əsaslı təmir edilib
  28 Dekabr 2018    Oxunub:2927
2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb.
Bu barədə Azvision.az -a Bakı Şəhəri üzrə Təhsil İdrəsindən (BŞTİ) məlumat verilib. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun yenidən tikintisi həyata keçirilib.

1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi, 25 məktəbdə isə cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb. Eyni zamanda məktəblərin maddi-texniki təminatı ilə bağlı ehtiyaclarını müəyyənləşdirmək, müvafiq müraciətləri yerində araşdırmaq və bu istiqamətdə çevikliyi artırmaq məqsədilə Təsərrüfat qrupları fəaliyyətə başlayıb.

Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kurslar təşkil edilib. Bakı məktəblərində əlavə dərnəklər, kurslar təşkil etmək üçün 243 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.

Azvision.az


Teqlər: BŞTİ   Bakı   Məktəb  





Xəbər lenti