Parlament dünya azərbaycanlılarına müraciət etdi

 Parlament dünya azərbaycanlılarına müraciət etdi
  28 Dekabr 2018    Oxunub:2325
Milli Məclis (MM) bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib.

Azvision.az xəbər verir ki, müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub. Müraciətdə dünyadakı azərbaycanlılarının milli birliyinin vacibliyi qeyd olunub.
Bildirilib ki, Qarabağ hər bir azərbaycanlının ağrılı yeridir: “Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha yaxınlaşdıra bilərlər. Soydaşlarımızın bir vəzifəsi də yaşaqdıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.

Əziz soydaşlarımız, Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti