Azərbaycanda yaradılan tank topları sınaqdan keçirildi - FOTOLAR
Yüksək dağıcı qüvvəyə malik 125 millimetrlik artırılmış qüvvəli qəlpəli-fuqaslı mərmili atəş yığımı Silahlı Qüvvələrin arsenalında olan T-72, T-90C tipli tanklarda quraşdırılan 125 millimetrlik tank topundan atəş aparmaq üçün istifadə olunur. Atəş yığımı düşmənin canlı qüvvəsinə, səhra tipli istehkam qurğularına, artilleriya, minaatan, raket qurğularının atəş mövqelərinə və müxtəlif növ atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.
Atəş yığımının praktiki mərmili variantı ilə keçirilən sınaqların nəticələrinə görə döyüş sursatının yüksək ballistik xüsusiyyətlərə malik olması, etibarlılığı və xidməti davranma zamanı təhlükəsizliyi tam təsdiq edildi.
Azvision.az