Bakcell və “ASAN Məktub” uşaqları sevindirdi
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Uşaqların saf arzularını reallığa çevirən “ASAN Məktub” layihəsi www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.
"Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. “ASAN Məktub” layihəsi ilə tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.
Azvision.az
Teqlər: Bakcell