Bu il Azərbaycanda 17 ana ölümü olub

  28 Dekabr 2018    Oxunub : 980
 Bu il Azərbaycanda 17 ana ölümü olub
“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası ilbəil gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Onun sözlərinə görə, 2017-cü ildə 21 ana ölümü qeydə alındığı halda, cari ildə bu rəqəm 17 olub.

Azvision.az

Teqlər: Ana-ölümü