Az çəki ilə doğulan 227 körpə ölüb

   Az çəki ilə doğulan 227 körpə ölüb
  28 Dekabr 2018    Oxunub:1503
Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib. Onun sözlərinə görə, əgər 2014-cu ildə respublikada körpə ölümü göstəricisi 10,2 promilli idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm 11,0 promilli təşkil edir.

Şöbə müdiri qeyd edib ki, bu günə qədər 1000 qram və az çəki ilə doğulan 353 körpədən 126-ni xilas etmək mümkün olub. Qeyd olunub ki, son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb.

Azvision.az


Teqlər: Səhiyyə   Körpə  





Xəbər lenti