Putin İlham Əliyevi təbrik etdi

 Putin İlham Əliyevi təbrik etdi
  30 Dekabr 2018    Oxunub:2929
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni il bayramı münasibətilə təbrik edib.
Azvision.az Kremlin saytına istinadən xəbər verir ki, Putin məktubunda 2018-ci ilin Rusiya-Azərbaycan münasibətləri üçün çox məhsuldar olduğunu vurğulayaraq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın və bütün səviyyələrdə siyasi dialoqun aktiv şəkildə inkişaf etdiyini bildirib.

Rusiya prezidenti, Moskvada, Soçi və Bakıda aparılan danışıqlar zamanı əldə olunan ikitərəfli razılaşmaların həyata keçirilməsinin Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı daha da artıracağına əminliyini vurğulayıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İlham-Əliyev   Putin  





Xəbər lenti