Bu gün metro gecə 2-yə kimi işləyəcək

   Bu gün metro gecə 2-yə kimi işləyəcək
  31 Dekabr 2018    Oxunub:3835
Bayramla əlaqədar bu gün “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışır.

Qurumun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub.
Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub. Bundan savayı, paytaxtda keçirilən kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, bu gecə saat 2-yə qədər metroya giriş açıq olacaq.

Azvision.az



Teqlər: Metro  





Xəbər lenti