“Hamımız qəlbimizin səsinə qulaq asaq” - Leyla Əliyeva

  01 Yanvar 2019    Oxunub : 2955
 “Hamımız qəlbimizin səsinə qulaq asaq” - Leyla Əliyeva
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azvision.az xəbər verir ki, Leyla Əliyeva təbrik mesajını "İnstagram" hesabında paylaşıb:

"Əziz dostlar, sizi Yeni il münasibəti ilə təbrik edirəm! Allahdan arzum budur ki, 2019-cu il hamıya xoşbəxtlik, sağlamlıq və bol-bol sevgi gətirsin! Qoy hamımız qəlbimizin səsinə qulaq asaq və birlikdə xeyirxah işlər görək, çünki bu, həm özümüzə, həm də hamıya ən yaxşı hədiyyədir! Xoş sözlərinizə və dəstəyinizə görə minnətdaram, mənim üçün bu, olduqca qiymətlidir! Hamınıza ən xoş arzularımı yetirirəm! Allah əmanətində olaq! Çox sağ olun, hamınızı sevirəm!



Azvision.az

Teqlər: Leyla-Əliyeva   Təbrik