Bu il fəsillərin Azərbaycana gəlmə vaxtı açıqlandı

  01 Yanvar 2019    Oxunub : 2884
 Bu il fəsillərin Azərbaycana gəlmə vaxtı açıqlandı
2019-cu ildə Azərbaycana fəsillərin daxilolma vaxtları açıqlanıb.
Azvision.az Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına iistinadən xəbər verir ki, yaz fəsli martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq.

Azvision.az

Teqlər: AMEA   Şamaxı   Fəsil