998 nəfər dövlət hesabına əməliyyat olunub

998 nəfər dövlət hesabına əməliyyat olunub
  01 Yanvar 2019    Oxunub:2029
2018-ci ildə dövlət hesabına 246-sı uşaq olmaqla, 998 nəfər üzərində kardiocərrahiyyə əməliyyatı icra olunub. 1686 angioqrafiya müayinəsi aparılıb və 633 angioplastika əməliyyatı həyata keçirilib.
Bu barədə Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Şöbə müdiri bildirib ki, son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşaq üzərində uğurla koxlear implantasiya əməliyyatı aparılıb. Ümumilikdə, 2018-ci ildə 280 mindən çox xəstə üzərində müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib.

Qeyd olunub ki, maliyyə baxımından çox baha başa gələn yuxarıda adları sadalanan belə əməliyyatların dövlət hesabına icra olunması dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir.

Azvision.az


Teqlər: Əməliyyat  





Xəbər lenti