Bir yumruqla 9 milyon avro qazandı

Bir yumruqla 9 milyon avro qazandı
  01 Yanvar 2019    Oxunub:1963
ABŞ boksçu Floyd Meyvezer kikboksçu Tenşin Nasukava ilə şou döyüşündə rəqibini təxminən 2 dəqiqə ərzində nakauta salıb.
Tokioda keçirilən döyüşün əvvəlində rəqibinə yüngül zərbələr vuran və əsasən müdafiə olunan amerikalı boksçu daha sonra ardıcıl zərbələrə başlayıb və 1 dəqiqənin tamamında yapon döyüşçünü yerə sərib. Nasukava 45 saniyədə qarnına və üzünə aldığı zərbələrin ardından yerdə qalıb.

Ayağa qalxan yapon döyüşçü Meyvezerin ardıcıl zərbələri ilə matçın bitməsinə 50 saniyə qalmış yenidən yıxılıb. Məşqçilərin rinqə çıxmasından sonra hakim matçı bitirərək amerikalı boksçunu qalib elan edib.

Bununla da məğlubiyyətsizlik rekordunu 51 döyüşə (peşəkar olmayan oyunlar daxil) yüksəldən 41 yaşlı boksçu bu döyüşdən 9 milyon avro qazanıb.

Azvision.az


Teqlər:





Xəbər lenti