Ötən il 2 mina hadisəsi qeydə alınıb, 3 nəfər xəsarət alıb
İndiyədək cəmi 532,169,188 m² (53,216.92 ha) ərazi təmizlənib, 801,155 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
2018-ci il ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 147 (yüz qırx yeddi), Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 134 (yüz otuz dörd), Dövlət Sərhəd Xidmətindən (DSX) - 10 (on), rayon polis şöbələrindən (RPŞ) - 4 (dörd), rayon icra hakimiyyətlərindən (RİH) – 2 (iki) və Dövlət Təhlükəsizliyi Xidmətindən – 1 (bir) müraciət daxil olub (cəmi çağırış: 298). Müraciətlər əsasında Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Xaçmaz, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran, Zaqatala rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 412,368 m² ərazi təmizlənib, 5,637 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə və 10 ədəd tank əleyhinə mina (cəmi 5 649 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Eyni zamanda 2018-ci ilin ərzində Tərtər və Gədəbəy rayonları ərazisində 2 mina hadisəsi qeydə alınıb, nəticədə 3 mülki vətəndaş bədən xəsarətləri alıb.
Anar Kəlbiyev
Azvision.az