Avtovağzallarda gücləndirilmiş iş rejiminin vaxtı uzadıldı

  Avtovağzallarda gücləndirilmiş iş rejiminin vaxtı uzadıldı
  03 Yanvar 2019    Oxunub:3716
“Bayramda regionlarda həftəsonuna qədər dincəlməyə davam edən sərnişinlər üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən ölkənin 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimi yanvar ayının 5-nə qədər uzadılıb”
Azvision.az xəbər verir ki, bu barədə DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Qurum rəsmisi sərnişinlərə tövsiyyə edib ki, biletləri avtovağzalların kassalarından əldə etsinlər.

“Əks halda qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşayət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Avtovağzal  





Xəbər lenti