Bayram günlərində 111 mindən çox sərnişin daşınıb

  Bayram günlərində 111 mindən çox sərnişin daşınıb
  03 Yanvar 2019    Oxunub:1502
Bu günə qədər bayram günləri və bayram ərəfəsi daxil olmaqla ümumilikdə respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsindən (Bakı Beynəlxalq Avtovağzal daxil olmaqla) 111066 sərnişin daşınıb.
Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Azvision.az -a bildirib ki, təkcə yanvar ayının 2-də BBAK-dən 11066 nəfər, regionlardan paytaxta isə ümumilikdə 18000 nəfər daşınıb.

“Yanvarın 2-də regionlardan paytaxt istiqamətində sıxlıq müşahidə olunub. Ancaq avtonəqliyyat vasitələrinin gücləndirilmiş rejimlə əlaqədər say etibarilə artırılması sıxlığın sərnişinlərin gediş-gəlişinə problem yaratmayıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti