İki gündən sonra günəş tutulacaq

   İki gündən sonra günəş tutulacaq
  04 Yanvar 2019    Oxunub:1944
İlin ilk Günəş tutulması hadisəsi yanvarın 6-da baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin ilk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək.
Bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq.

Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: AMEA  





Xəbər lenti