Bakı sakini Sumqayıtda qarət olundu

Bakı sakini Sumqayıtda qarət olundu
  04 Yanvar 2019    Oxunub:1267
Sumqayıt şəhərində paytaxt sakininin mobil telefonunu zorla əlindən alan şəxs tutulub.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Sumqayıt şəhər Polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Natiq Şahbazov saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Sumqayıt   Oğru  





Xəbər lenti