Bakı-Sumqayıt qatarında problem yarandı

   Bakı-Sumqayıt qatarında problem yarandı
  05 Yanvar 2019    Oxunub:2122
Bu gün axşam saatlarında Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.
Azvision.az xəbər verir ki, qatar Sumqayıt vağzalına çatmamış dayanıb. Sərnişinlərin nəzərinə çatdırılıb ki, texniki problemlə əlaqədar qatar yolda qalıb.

Qeyd edək ki, qrafikə uyğun olaraq sürət qatarı saat 20:20-də Sumqayıta çatmalı idi.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Qatar   Sumqayıt  





Xəbər lenti