5 evdən oğurluq edən şəxslər saxlanılıb

5 evdən oğurluq edən şəxslər saxlanılıb
  05 Yanvar 2019    Oxunub:1360
Neftçala rayonu ərazisində 5 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 5 evdən pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Fariz Şirəliyev və Peyman Talıblı saxlanılıb.

Azvision.az



Teqlər: Neftçala   Oğurluq  





Xəbər lenti