Komitə sədrinin fikirləri yanlış şərh olunur - RƏSMİ
Halbuki, görüşdə bu istiqamətdə yönləndirilən suala cavab olaraq Səfər Mehdiyev, ümumilikdə daxili bazarın qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib və armatur istehsalı ilə yanaşı, digər sahələrdə də görülən işlərdən danışıb.
Konkret olaraq Komitə sədri bunları söyləyib: "Qonşu ölkələrdə malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin riskləri idarəetmə mərkəzi prosesi izləyir və lazımi qərarlar verilir. İranda bu gün armaturun qiyməti 200 dollardır. Biz onu bəyan edirik 500 dollara, 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir. Daxili istehsalçılarla, bizdə bu sahədə ən böyük istehsalçı "Baku Steel Company"dir, onlarla danışıqdan sonra qərara gəldik ki, nə qədər qaldırsaq daxili istehsalçıları qoruya bilərik?!" Sitatdan da göründüyü kimi Komitə sədri "İSTEHSALÇILAR"dan bəhs edir və bir şirkətin adını misal olaraq çəkir. Daha sonra DGK sədri daxili bazarın qorunması istiqamətində quş və quş əti, kartof istehsalçıları ilə bağlı həyata keçirilən tədbirlərdən də danışır.
Lakin nədənsə bəzi media qurumları bilərəkdən və ya bilməyərəkdən hazırladıqları yazı və reportajlarda mövzudan yayınaraq komitənin fəaliyyətinə kölgə düşürən yanlış şərhlərə yol verirlər.
Azvision.az