Rusiyadakı qəzada 8 azərbaycanlı yaralanıb - (Yenilənib)

Rusiyadakı qəzada 8 azərbaycanlı yaralanıb -  (Yenilənib)
  06 Yanvar 2019    Oxunub:10467
Rusiyanın Stavropol diyarında baş vermiş yol qəzasında 8 Azərbaycan vətəndaşı xəsarət alıb.
Azvision.az xəbər verir ki, yaralılar Levokumsk və Budyonovsk rayon xəstəxanalarına yerləşdirilib. Sürücü daxil olmaqla yaralıların hamısı Bakı sakinləridir.

İlkin məlumata görə, mikroavtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

***
Rusiyanın Stavropol diyarında qəzaya düşən azərbaycanlılardan üçünün vəziyyəti ağırdır.

Azvision.az TASS-a istinadən xəbər verir ki, xəsarət alan şəxslər Bakı sakinləridir. Onların arasında 2 yaşlı uşaq da var.

***
(13:55)

Rusiya ərazisində Azərbaycan vətəndaşlarını daşıyan “Mercedes” markalı mikroavtobus aşıb.

Azvision.az xəbər verir ki, hadisə Stavropol diyarında baş verib. Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Onların kimliyi hələlik məlum deyil. Qəzanın səbəbləri araşdırılır.

Azvision.az



Teqlər: Rusiya   Qəza  





Xəbər lenti