Ağdərədə erməni hərbi qulluqçu bıçaqlanıb

   Ağdərədə erməni hərbi qulluqçu bıçaqlanıb
  07 Yanvar 2019    Oxunub:1498
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində xidmət edən hərbi qulluqçu bıçaqlanıb.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, başqa bir cinayətlə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılarkən təsadüf nəticəsində bıçaqlanma hadisəsinin üstü açılıb. Məlum olub ki, bu cinayət uzun müddət hüquq-mühafizə orqanlarından gizlədilib.

Faktla bağlı cinayət işi açılıb və Manuk Mirzoyan adlı hərbi qulluqçu istintaqa cəlb olunub. Hadisənin digər iştirakçılarının müəyyən olunması istiqamətində təhqiqat davam edir.

Azvision.az



Teqlər: Ağdərə   Erməni   Bıçaqlanma  





Xəbər lenti