“Yol terroru”ndan necə xilas olmaq olar?
Yol qəzalarında ölüm hallarının azaldılması üçün hansı addımlar atılacaq?
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Azvision.az -a bildirib ki, dövlət proqramının əsas məqsədi qəzaların və ölüm hallarının sayının azaldılmasıdır.
Ekpsertin sözlərinə görə, proqramda bir neçə istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub: "Yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetməni təkmilləşdirmək, yol hərəkəti iştirakçılarının daha məsuliyyətli və intizamlı davranışa nail olmaq, yol infrastrukturunun təkmilləşdirilməsi, yollarda hərəkətin təşkilinin təkmilləşdirilməsi, avtomobilllərin sazlığına nəzarətin təkmilləşdirilməsi, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlara yardımın göstərilməsinin təkmilləşdirilməsi və s. kimi məsələlər var. Proqramın əsas hədəflərindən biri də qəzaların sayını azaltmaqdır. Proqramda nəzərdə tutulanlara nail olunsa, istənilən nəticə əldə olunacaq".
Ə.Hüseynov vurğulayıb ki, dünyanın əksər ölkələrində bunlar həyata keçirilib və daha yaxşı nəticələr əldə olunub.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Proqram Yol-hərəkəti Təhlükəsizlik