Rusiyada qəzada yaralanan 6 azərbaycanlı Bakıya göndərildi

Rusiyada qəzada yaralanan 6 azərbaycanlı Bakıya göndərildi
  07 Yanvar 2019    Oxunub:3027
“Rusiyanın Stavropol diyarında baş vermiş yol qəzasında xəsarət alan azərbaycanlılardan 6-sı Bakıya yola salınıb”.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin səlahiyyətlərinin icraçısı Leyla Abdullayeva məlumat verib.

XİN rəsmisi bildirib ki, digər yaralıların vəziyyəti diqqətdə saxlanılır: “Azərbaycanın Rusiyadakı səfirliyinin tapşırığı ilə bu ölkədəki diaspora nümayəndələrimiz qəzadan zərər çəkənlərlə biləvasitə maraqlanıblar. Qəzadan sonra zərər çəkmiş 10 nəfər Levokumsk rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdi. Onlardan 6-sı artıq Bakıya yola salınıb. Hazırda 4 nəfər xəstəxanadadır. Onların da vəziyyətləri stabildir”.

Qeyd edək ki, yanvarın 6-da Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan “Mercedes” markalı mikroavtobus aşıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsidir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Rusiya   Qəza   XİN  





Xəbər lenti