İrandan heroin gətirənlər ifşa olundu - FOTO

İrandan heroin gətirənlər ifşa olundu -  FOTO
  07 Yanvar 2019    Oxunub:1872
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbir­ləri davam etdirilir.
DSX-dan Azvision.az -a verilən məlumata görə, 2019-cu il 02 yanvar tarixində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələn İİR vətəndaşları 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanali və 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçiri­lərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan “heroin” aşkar olunub.



Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daş­ları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində 2019-cu il 03 yan­var tarixində Azərbaycan Respublikasının vətən­daşı Bakı şəhəri Əmircan qəsəbə sakini 1969-cu il təvəllüdlü Məmmə­dov Danil Səfərəli oğlu saxlanılıb.

Fakt üzrə cinayət işi başlanılıb, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində həb” qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: DSX   Narkotik   İran  





Xəbər lenti