Gəmidə batan azərbaycanlılarla bağlı səfirliyə məlumat veriləcək

 Gəmidə batan azərbaycanlılarla bağlı səfirliyə məlumat veriləcək
  07 Yanvar 2019    Oxunub:1520
Xəbər verdiyimiz kimi, Türkiyənin Samsun vilayətinin sahilində içərisində azərbaycanlıların da olduğu gəmi batıb.
Azərbaycanın Türkiyədəki Səfirliyindən Azvision.az -a bildirilib ki, məsələ diqqət mərkəzindədir. Qeyd olunub ki, ən qısa zamanda gəmidə olan azərbaycanlılarla bağlı səfirliyə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, bu gün batan gəmidən yeddi ekipaj üzvü xilas edilib, 2 nəfərin isə meyiti tapılıb. Xilas edilənlərdən dördü helikopterlə Samsuna gətirilib. Hazırda digər ekipaj üzvlərinin axtarışılarını bir təyyarə, dörd helikopter, xilasetmə gəmisi və iki sahil təhlükəsizlik kateri aparır. Gəmidə ümumilikdə 13 ekipaj üzvü olub. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan və 2-si də Rusiya vətəndaşlarıdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Gəmi   Türkiyə  





Xəbər lenti