“Çörəyin qiymətində heç bir artım yoxdur” - Açıqlama

   “Çörəyin qiymətində heç bir artım yoxdur” -    Açıqlama
  08 Yanvar 2019    Oxunub:3393
Dünəndən etibarən ölkədə unun qiymətinin qalxması və buna uyğun olaraq çörəyin bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılır. Bildirilir ki, unun 45 kiloqramlıq kisəsinin qiymətində 4 manat artım olub. Həmçinin çörəyin də 10 qəpik bahalaşdığı deyilir.
“Nur” çörək zavodunun nümayəndəsi Zöhrab Cabbarov Azvision.az -a bildirib ki, çörəyin qiymətində heç bir artım yoxdur: “Əvvəlki qiymətlər olduğu kimi qalır. Çörək 40-50 qəpik arasında satılır. Zavod çörəyi isə 40 qəpikdir. Amma unun qiymətində artımlar var. Unun qiyməti 5-6 ay bundan əvvəl 19 manat 50 qəpik idisə, bu gün 26 manatdır. Hazırda çörəyin qiymətində artım yoxdur. Sonrakı günlərdə isə nə olacaq bilinmir".



Digər çörək zavodları da hələlik qiymət artımı barədə düşünmədiklərini bildiriblər: "Ola bilsin ki, mağazalarda qiymət süni artırılır. Amma biz əvvəlki qiymətlərlə satış edirik"

Aytən Zəhra
Azvision.az



Teqlər: Çörək   Qiymət  





Xəbər lenti